AZ

Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib

Gürcüstan prezidenti Mixail Kavelaşvili hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının üç müxalifət partiyasının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarını dəstəkləyir.

Missiya.Az "Report" xəbər verir ki, Kavelaşvili bu barədə Gürcüstanın "Acarıstan" telekanalına müsahibəsində bildirib.

"Onlar (müxalifət -Qeyd) xaricdən maliyyələşərək siyasi mühiti belə qəsdən zədələyəndə,məncə, belə siyasi partiyaların bizim siyasi məkanda mövcudluğunu dayandırmasına şərait yaradılır", - deyə o qeyd edib.

Qeyd edək ki, hakim "Gürcü arzusu" müxalifət partiyalarının "Dəyişiklik naminə Koalisiya", "Güclü Gürcüstan - Lelo" və "Vahid Milli Hərəkat" partiyalarının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Seçilən
31
2
missiya.az

3Mənbələr