AZ

Kişi səfərbərlikdən möhlət almaq üçün öz uşaqlarını GİROV GÖTÜRDÜ – VİDEO

Lutskda kişi səfərbərlikdən möhlət almaq üçün öz uşaqlarını girov götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Ukraynanın Lutsk şəhərində sərxoş bir kişi bıçaqla silahlanaraq üç uşağını üç saat ərzində girov saxlayıb və səfərbərlikdən möhlət tələb edib.

Polis gələndə o, hücum cəhdi zamanı qumbara partlatmaqla hədələyib.

Lakin vəkili iddia edir ki, bütün bunlar yalandır, kişi danışıqlardan əvvəl belə bir tələb irəli sürməyib.

Buna baxmayaraq, o, istədiyi “möhləti” alıb – məhkəmənin qərarı ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr