AZ

Luvr oğurluğunda təqsirləndirilənlərə rəsmi ittiham irəli sürülüb

Paris məhkəməsi 88 milyon avroluq oğurluqda şübhəliləri cinayət məsuliyyətinə cəlb edib...

Poliqon xəbər verir ki, Parisdə məhkəmə məşhur Luvr muzeyində baş vermiş yüksək səviyyəli oğurluq işi üzrə iki nəfərə qarşı rəsmi ittiham irəli sürüb. İttiham olunanlar təşkil edilmiş oğurluqda və cinayətkar sövdələşmədə iştirakda günahlandırılır. Hər iki şəxs hadisə ilə bağlı qismən etiraf verib.

Paris prokuroru Lora Bekko bildirib ki, təqsirləndirilən şəxslərdən biri – 34 yaşlı Əlcəzair vətəndaşı – 25 oktyabr şənbə günü Roassi-Şarl-de-Qoll hava limanında saxlanılıb. O, Fransaya qayıdış bileti olmadan Əlcəzairə uçmağa hazırlaşırmış. Digər şübhəli isə həmin gün evinin yaxınlığında tutulub.

Araşdırma nəticəsində məlum olub ki, birinci şəxs 2010-cu ildən Fransada yaşayır və əvvəllər də oğurluq cinayətinə görə məhkum edilib. İkinci şəxs isə 39 yaşlı Fransa vətəndaşıdır; o, qeyri-qanuni şəkildə taksi sürücüsü və kuryer kimi çalışıb, iki dəfə böyük miqyaslı oğurluqlara görə məhkum olunub və hazırda başqa bir ağır oğurluq işi üzrə məhkəmə nəzarətində idi.

Le Monde nəşrinin məlumatına görə, hər iki şəxsin şəxsiyyəti DNT ekspertizası sayəsində müəyyən edilib. Onların DNT izləri hadisə zamanı istifadə edilən skuterdə, sındırılmış vitrin şüşəsində və qaçış zamanı atılmış əşyalarda aşkar olunub.

Prokuror Bekko bildirib ki, oğurlanan qiymətli zinət əşyaları hələlik tapılmayıb və onların hazırkı yeri müəyyən olunmayıb.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr