AZ

Laura Villar FIA-ya qarşı məhkəməyə müraciət edib

FIA-nın prezidentliyinə namizəd Laura Villar Paris məhkəməsinə müraciət edərək təşkilata qarşı iddia qaldırıb.

90deqiqe.Az “PlanetF1”ə istinadən xəbər verir ki, Laura Villar bildirib ki, bu addım demokratik prinsiplərə, şəffaflığa və FIA-nın idarəetməsində plüralizmin qorunmasına xidmət edir:

“Bu prosedur gələcək FIA prezident seçkilərinin təşkilatın nizamnaməsinə və əsas demokratik prinsiplərə uyğun keçirilməsini təmin etmək üçündür. Mən FIA-ya qarşı çıxmıram, mən təşkilatı qorumaq məqsədilə hərəkət edirəm. Demokratiya FIA-nın gücüdür, təhlükəsi deyil.”

Villar seçkilərin dayandırılmasını tələb edir. Məhkəmə iclası 10 noyabr tarixində Parisdə baş tutacaq.

Xatırladaq ki, prosedur qaydalarına görə 12 dekabr tarixində keçiriləcək seçkilər alternativsiz olacaq. Hazırkı prezident Məhəmməd ben Sulayem yeganə namizəd olaraq qalır. Digər namizədlər isə federasiya qaydalarına uyğun komanda qura bilməyiblər.

Seçilən
41
90deqiqe.az

1Mənbələr