BAKI, 29 oktyabr. TELEQRAF
Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4% aralığına endirib.
Teleqraf xəbər verir ki, FED daha əvvəl baza dərəcəsini illik 4 - 4,25 faiz səviyyəsində saxlamışdı.
“Dəyişən risk balansı fonunda FOMC (Federal Açıq Bazar Komitəsi) federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 0,25 faiz azaldaraq, 3,75-4 faizə endirmək qərarına gəlib”, - məlumatda deyilir.