AZ

Kolapinto “Alpine”də qalır

Argentina pilotu Franko Kolapinto 2026 mövsümündə də “Alpine” komandasında çıxış edəcək.

90deqiqe.Az “Auto Motor und Sport”a istinadən xəbər verir ki, fransız komandasının icraçı müşaviri Flavio Briatore Kolapintonun müqaviləsinin uzadılması qərarını qəbul edib.

Rəsmi elan Braziliya Qran-Prisi zamanı veriləcək.

Komanda Kolapintonun son yarışlardakı irəliləyişindən məmnundur. Hal-hazırda sürücü sıralamasında 20-ci yerdədir və xal toplaya bilməyib. Komanda yoldaşı Pyerre Qasli isə 20 xalla 18-ci pillədədir.

Qeyd edək ki, Qasli müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Seçilən
43
90deqiqe.az

1Mənbələr