Ermənistan Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Nikol Paşinyan bu il oktyabrın 29-dan 30-dək Fransaya iki günlük işgüzar səfər edəcək.
O, oktyabrın 30-da Yelisey Sarayında keçiriləcək Fransa Prezidenti Emmanuel Makronla görüşmək üçün Parisdə olacaq.
Səfərinin ilk günündə Ermənistan Baş naziri VIII Paris Sülh Konfransında iştirak edəcək. Konfransdan sonra bir sıra ikitərəfli görüşlər planlaşdırılır.
//Samir Qurbanov, Editor.az