Xəbər verdiyimiz kimi, Türkiyənin Kocaeli vilayətində yeddimərtəbəli yaşayış binası uçub.
"Unikal" xəbər verir ki, binada 5 nəfərdən ibarət ailə yaşayırmış. Dağıntılar altından ailənin övladları 12 yaşlı Məhəmməd Emir Bilir və 14 yaşlı Hayrunnisa Bilirin cəsədləri tapılıb.
18 yaşlı Dilara Bilir isə xilas edilərək xəstəxanaya yerləşdirilib. Anaları Emine Bilir və ataları Levent Bilirin axtarışı isə hələ də davam edir.
 
                        