Vyetnamda istirahət edən minlərlə rusiyalı turist təyyarə nasazlığı səbəbindən ölkəyə qayıda bilmir.
Musavat.com xəbər verir ki, “Red Wings” aviaşirkətinin Nha Trang–Moskva istiqamətindəki reysləri ard-arda ləğv olunub və ya qeyri-müəyyən vaxta təxirə salınıb. Bu barədə məlumat “Shot” Telegram kanalında yayılıb.
Məlumata görə, problem şirkətin iki uzaqməsafəli təyyarəsinin sıradan çıxması ilə əlaqədardır. “Red Wings”in bu marşrutlarda cəmi üç belə təyyarəsi olduğundan, nasazlıq bütün uçuş cədvəlini pozub.
Rəsmi izahatda sərnişinlərə “istehsalat zərurəti” səbəbi göstərilsə də, ətraflı məlumat verilməyib.
Turistlərin sözlərinə görə, bəziləri artıq işə qayıtmalı idi, lakin reyslərin gecikməsi səbəbindən məcburən məzuniyyətlərini öz hesablarına uzatmalı olublar.
Hazırda şirkətdən əlavə uçuşların təşkili və nasaz təyyarələrin təmiri ilə bağlı rəsmi açıqlama verilməyib.
Musavat.com