AZ

Bilal Ərdoğan: İki ölkə arasındakı yaxınlıq və qardaşlıq insanların düşündüyündən də çox dərindir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Qardaş Azərbaycanda Respublika Günümüzü qeyd etdiyim üçün çox xoşbəxtəm. Can Azərbaycandakı bütün qardaşlarımıza Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdım. İki ölkə arasındakı qardaşlıq bağlarının nə qədər güclü, nə qədər möhkəm olduğunu göstərmək üçün buradayam. 8 Noyabr - Azərbaycanın Zəfər Günü münasibətilə, mən artıq indidən Azərbaycanın bu möhtəşəm bayramını təbrik edirəm.

İki ölkə arasındakı yaxınlıq və qardaşlıq insanların düşündüyündən də çox dərin, çox dəyərli və əslində çox qədimdir. Bu səbəbdən belə fürsətlərdə bu birliyi xatırlamaq, yad etmək çox önəmlidir.

AZƏRTAC xəbər ki, bu sözləri jurnalistlərə açıqlamasında Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan söyləyib.

"Hesab edirəm ki, hər iki ölkənin gənclərinin, tələbələrinin təhsil sahəsində, gənclik fəaliyyətlərində erkən yaşlardan dostluq və əməkdaşlıq əlaqələri qurması çox vacibdir. Bu istiqamətdə addımlar atmaq, layihələr həyata keçirmək və mövcud təşəbbüslərə dəstək göstərmək üçün səylərimi davam etdirəcəyəm",- deyə B.Ərdoğan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
2
azertag.az

3Mənbələr