Tovuz sakini döyülərək xəstəxanalıq edilib.
Xezerxeber.az xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini Etibar Qasımov döyüldüyünü iddia edir.
Zərərçəkənin sözlərinə görə, onun icarəyə götürərərk əkdiyi sahədə icazəsiz heyvan otarırmışlar. Əraziyə gələn təsərrüfat sahibi heyvanların kimə məxsus olduğunu çobandan soruşub. Beləliklə əraziyə gələn heyvan sahibi ilə zərərçəkən arasında mübahisə yaranır.
60 yaşlı kişinin sözlərinə görə, o bir neçə şəxs tərəfindən döyülüb. Nəticədə xəstəxanalıq olub.
Zərərçəkən onu da iddia edir ki, döyüldükdən sonra onu döyənlər tərəfindən ərazidən heyvan oğurluğunda ittiham edilib.
Xəstəxanadan zərərçəkənin vəziyyəti barədə məlumat verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.