AZ

Rusiyada 18 uşağı daşıyan mikroavtobus avtomobillə TOQQUŞDU

Stavropolda 18 uşağı daşıyan mikroavtobus avtomobillə toqquşub.

İnterpress.az xəbər verir ki, bu barədə Stavropol Dövlət Yol Polisi məlumat yayıb.

Rusiyanın Stavropol diyarı, Mineralovodsk rayonu ərazisində uşaq avtobusu və minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü həlak olub.

Stavropol Dövlət Yol Müfəttişliyinin məlumatına görə, mikroavtobusun sürücüsü ölüb, dörd uşaq isə xəstəxanaya aparılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr