Bakı. Trend:
Rumıniya Müdafiə Nazirliyi ABŞ-nin ölkədəki hərbi kontingentininazaldılması barədə qərarını gözlənilən addım kimiqiymətləndirib.
Trend xəbər verirki, bu barədə nazirliyin bəyanatında qeyd edilir.
Nazirliyin bəyanatında bildirilir ki, bu qərar ABŞ qüvvələrininqlobal yerləşmə strategiyasının yenidən nəzərdən keçirilməsiçərçivəsində qəbul olunub. Plan çərçivəsində Avropadakı bəzi hərbibirləşmələrin rotasiyasına son qoyulacaq.
Qeyd olunur ki, bu addım NATO-nun şərq cinahında yerləşənqüvvələrin ümumi strukturuna təsir etməyəcək. ABŞ hərbçilərinin birhissəsi hazırda Rumıniyada yerləşən “Mihail Koqalniçeanu”aviabazasında xidmət aparır.
Müdafiə Nazirliyi bildirib ki, təxminən min amerikalı hərbçiRumıniyada qalacaq və regionda təhlükəsizliyin təmin edilməsinətöhfə verməyə davam edəcək.