Nutella qiymətlərinin kəskin şəkildə qalxacağı gözlənilir, bütün bunlar son 10 ilin ən pis fındıq məhsulu ilə bağlıdır.
İnterpress.az xəbər verir ki, İtaliyada Nutella pastasının əsas tərkib hissəsi olan fındıq istehsalında ciddi azalma qeydə alınıb.
Bu il ölkədə yalnız təxminən 70 000 ton fındıq yığılıb ki, bu da əvvəlki illərin məhsulunun yarısıdır.
Əlavə olaraq, fındıq Türkiyədən də alınıb, lakin orada məhsul da əsasən şaxta səbəbindən zəif olub.
Ekspertlər bildirirlər ki, fındıq qıtlığı səbəbindən Nutella pastasının qiyməti yaxın aylarda yüksələcək və bu, həmçinin fındıqdan hazırlanmış digər məhsullara da təsir göstərəcək.
Xuraman Etibarlı
İnterpress.az