Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir.
Axar.az Report-a istinadən xəbər verir ki, Ərdoğan Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən qəbulda iştirak edəcək.
Gülüstan Sarayında keçirilən rəsmi qəbulda jurnalistlərə açıqlama verən B.Ərdoğan Türkiyə Prezidentinin salamlarını gətirdiyini və bugünkü tədbirdə iştirakdan sonra Türkiyəyə qayıdacağını vurğulayıb:
"Azərbaycana Cümhuriyyət bayramımızla əlaqədar gəlmişəm. Tədbirdən sonra geri qayıdacam. Dostluq və qardaşlığımız əbədi olsun. Burada olmaq çox gözəl hissdir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        