AZ

Vens Rusiya-Ukrayna müharibəsi haqda: Tramp yalnız qapı aça bilər, məcbur edə bilməz

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanı silahlı münaqişəyə son qoymağa məcbur edə bilməz.

Teleqraf xəbər verir ki, ABŞ vitse-prezidentiCeymsDevidVens bu sözləri "Nyu York Post" qəzetinə müsahibəsində bildirib.

O, döyüşlərin dayandırılmasının hər iki tərəfin maraqlarına uyğun olduğu iddia edilən bir nöqtəyə çatdığını qeyd edib.

"Amma başa düşün, prezident yalnız qapını aça bilər. O, heç bir tərəfi irəliləməyə məcbur edə bilməz", - Vens bildirib.

Vitse-prezident vurğulayıb ki, ABŞ-ın Ukraynadakı münaqişədə daha fəal iştirakı sülhə nail olmağa çalışan Vaşinqtonun maraqlarına uyğun deyil.

Seçilən
43
teleqraf.com

1Mənbələr