AZ

Almaniya nəhəngi Brunu Fernandeş üçün hücuma keçir

“Bayern Münhen” qış transfer pəncərəsində “Mançester Yunayted”in kapitanı Brunu Fernandeşin transferi üçün hərəkətə keçəcək.

Fanat.Az xəbər verir ki, Portuqaliya millisinin üzvü artıq Münhen nəhənginin əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.

"TEAMtalk" nəşrinin məlumatına görə, “Yunayted” rəhbərliyi Ərəbistan klublarının yüksək məbləğli təkliflərini qəbul etməyən Fernandeşin satılmasına bu dəfə razılıq verə bilər. Klubun oyunçu üçün tələb etdiyi məbləğin təxminən 40 milyon avro olduğu bildirilir.

31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyuna çıxaraq 2 qol və 1 asist qeydə alıb. Onun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

Kamil Xudiyev

Seçilən
11
1
fanat.az

2Mənbələr