AZ

İndi bütün Türkiyə onu tanıyır: "Yaşasın Cumhuriyet" şərhi ilə uşaqlıq fotosunu paylaşdı

İndi bütün Türkiyə onu tanıyır: "Yaşasın Cumhuriyet" şərhi ilə uşaqlıq fotosunu paylaşdıTürkiyəli məşhur aktrisa Serenay Sarıkaya, 29 Oktyabr Cumhuriyyət Bayramı münasibətilə sosial media hesabında nostaljik bir paylaşım edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Yaşasın Cumhuriyet" yazısı ilə uşaqlıq fotosunu paylaşan Sarıkayanın postu izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qısa zamanda minlərlə bəyənmə toplayan paylaşımın altına izləyicilər "Serenay heç dəyişməyib" və "O zaman da uzun ayaqlıymış" kimi şərhlər yazıblar.

Təbii gözəlliyi və səmimi duruşu ilə diqqət çəkən Serenay Sarıkayanın paylaşımı, Cumhuriyyət coşqusunu sənət dünyasından əks etdirən ən diqqətçəkən paylaşımlardan biri olub.

Seçilən
29
sonxeber.az

1Mənbələr