Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İynənin ucunda olan sap kimiyəm —bir az sənə bağlı,bir az qopmağa qorxan.Əlini azacıq tərpətsən,Sanki qırılacam, qopacam.
Gəl, hisslərimə ad qoy.Mən tapa bilmirəm.Sevgi deyirəm çox dərin olur,Asılılıq deyirəm çox ağrılı...Arasında qalıram.Sanki özümə toxunsam, sən ağrıyarsan.
Bəzən mənə elə gəlir,sənə baxmaqgörmək deyil kor olmaqdır.Həm bir də əcəbdir...Hə, bu arada maraqlan gör,Görəsən, əlillik düşərmi mənə?Səndən başqasını görə bilmirəm...Heç bir söz sığmır bu qarışıqlığın içinə...Baxmaq bacarığı itərmi insanda,birini çox gördüyün üçün?Onu da Allah çox görər sənə...Bəzən o qədər incəlirəm ki...elə bil iynənin ucundayam,məni tərpətməsinlər deyə nəfəsimi saxlayıram.Səni düşünmək yaşamaq kimi görünür,amma hiss edirəm:bu, bir az da ölmək kimidi.Sənin xəyalın yaşadır amma...Çox sağ ol ki, yaşadırsan.Sanki dünyasənin siluetindən ibarətdir,sənin səsindən doğulur,sənin susmağınla dayanır.Mən iynənin ucundayam,bir az sən,bir az mən,bir az da heç kim.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.