AZ

“Real Madrid”dən ayrılmaq istəyir

“Real Madrid” klubunun braziliyalı hücumçusu Vinisius Junior gələcəyi ilə bağlı ciddi qərar verməyə hazırlaşır.

Sitat.info  xəbər verir ki, bu barədə “Cadena Ser” radiosu məlumat yayıb.

Bildirilib ki, futbolçu menecerinə müraciət edərək, əgər baş məşqçi Xabi Alonso onu komandanın əsas oyunçusu kimi görməsə, başqa klub tapmağı xahiş edib. Məlumata görə, vəziyyət dəyişməzsə, Vinisius “Real”la müqaviləsini uzatmaq niyyətində deyil.

Xatırladaq ki, İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə oyunda (2:1) 72-ci dəqiqədə əvəzlənən Vinisius narazılığını Alonsoya qarşı sərgiləyib və birbaşa ehtiyat zonaya yollanıb. Qısa müddət sonra isə futbolçu ehtiyat oyunçular skamyasına qayıdaraq matçın son dəqiqələrini komanda yoldaşları ilə birlikdə izləyib.

Seçilən
19
3
sitat.info

4Mənbələr