BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp noyabrın 8-dəMacarıstanın Baş naziri Viktor Orbanla görüşməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg"məlumat yayıb.
Mənbələrə görə, görüşün yeri hələ dəqiqləşdirilməyib.
Bir müddət əvvəl Macarıstan Baş naziri Viktor Orbanın noyabrın əvvəlində Vaşinqtona səfər edəcəyi və ABŞ prezidenti Donald Trampla görüşəcəyi açıqlanmışdı.