AZ

Elşad Miri: Orqan bağışlamaqla bağlı Quranda qadağa yoxdur

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Orqanların paylanılması və bağışlanması pis bir məsələ deyil, sadəcə olaraq bundan sui-istifadə olunmamalıdır. Bəziləri bunu haram hesab etsə də, Quranda belə bir qadağa yoxdur. Bir insanın həyatını xilas etmək, bütün bəşəriyyətə həyat qayıtarmış kimi dəyərlidir, Allah Qurani Kərimin əl-Maidə surəsində bunu vurğulayır".Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O bildirib ki, belə xeyirxah əməllər təşviq olunmalıdır:"Əgər bir insan dünyasını dəyişibsə, onun orqanlarının başqalarına verilməsi daha məqsədəuyğundur".Qeyd edək ki, son zamanlarda gənclər arasında ölümündən sonra üçün orqan bağışlayanların sayı artıb.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr