Rio-de-Janeyroda əməliyyatdan sonra faciə: küçələrə onlarla cəsəd çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.
Braziliyanın Rio-de-Janeyro şəhərində “Qırmızı komanda” adlı cinayətkar qruplaşmaya qarşı keçirilən genişmiqyaslı xüsusi əməliyyatdan sonra favel sakinləri küçələrə çıxaraq onlarla cəsədi şəhər meydanına gətiriblər.
Portalın məlumatına görə, rəsmi açıqlamalarda 64 nəfərin, o cümlədən 4 polis əməkdaşının həlak olduğu bildirilir. Lakin sakinlərin tapdığı yeni meyitlərlə ölənlərin ümumi sayı 128-ə çata bilər.
Hadisə Braziliyada son illərin ən qanlı əməliyyatı kimi qiymətləndirilir və ölkədə insan haqları təşkilatlarının ciddi narahatlığına səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az