“ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə səmimi şəkildə kömək etməyə çalışır və buna Moskvada müsbət yanaşır”.
Busaat.az xəbər verir ki, bu fikirləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“O, həqiqətən də bütün beynəlxalq və regional münaqişələrin həllinə kömək etməyə çalışır. O, həqiqətən də Ukrayna ətrafındakı münaqişənin həllinə kömək etməyə çalışır. Bu münaqişəyə ənənəvi olaraq Moskvada, o cümlədən prezidentimiz Vladimir Putin tərəfindən çox müsbət baxılır”, – Peskov deyib.
Yeganə
 
                        