AZ

Qazaxıstan–Rusiya sərhədində yük daşıma böhranı: 10 minə yaxın rus yük maşını dayanıb

Artıq bir aydan çoxdur ki, Qazaxıstanla Rusiya sərhədində nəqliyyat kollapsı davam edir. Sərhəd-keçid məntəqələrinin yaxınlığında Çindən və Mərkəzi Asiya ölkələrindən gələn mallarla dolu təxminən 10 min rus yük maşını növbədə dayanıb.

Musavat.com xəbər verir ki, buna səbəb Qazaxıstan hökumətinin “boz idxal” və Rusiyaya qarşı sanksiyaların yerinə yetirilməsi üçün gömrük yoxlamalarını sərtləşdirməsi olub. Hazırda keçid məntəqələrində avtomobillər daşıdıqları malların bəyannamələrə uyğunluğu baxımından ciddi şəkildə yoxlanılır.

Yoxlamalar nəticəsində artıq bir sıra pozuntular aşkarlanıb — məsələn, bəyannamədə “avtoehtiyat hissələri” göstərilən maşınlardan geyim və ya elektronika yükləri tapılıb.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr