Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da AzərbaycanRespublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsrolunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədiləölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali MəclisiNümayəndələr Palatasının sədri Fayzali İdizoda ilə görüşüb.
Parlamentdən Trend-ə verilənməlumata görə, Fayzali İdizodanı Nümayəndələr Palatasının sədriseçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova,Tacikistanın bu beynəlxalq konfransda yüksək səviyyədə iştirakınagörə təşəkkür edib.
Görüşdə xalqlarımızı ortaq mədəni və mənəvi dəyərlərinbirləşdirdiyi qeyd olunaraq, bu əlaqələrin daha da inkişafetdirilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Söhbətzamanı, Azərbaycan–Tacikistan arasında münasibətlərin qarşılıqlıanlaşma şəraitində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeydolunaraq, bu münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasındadövlət başçılarımızın xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, ölkəbaşçılarımızın dövlətlərimizin və xalqlarımızın rifahı naminəhəyata keçirdikləri uğurlu siyasət, eləcə də xalqlarımızın tamdəstəyi nəticəsində Azərbaycan–Tacikistan əlaqələri bu gün uğurlainkişaf edir.
Tərəflər parlamentlərimiz arasında da əlaqələrin mövcudsəviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Görüşdə Fayzali İdizoda Azərbaycan və Ermənistan arasında sülhsazişinin paraflanması münasibətilə təbriklərini çatdırıb. MilliMəclisin sədri Sahibə Qafarova Vaşinqtonda aparılan danışıqların vəümumilikdə normallaşma prosesinin region üçün əhəmiyyətinivurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqındada fikir mübadiləsi aparılıb.