BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ-Rusiya sammiti ləğv edilməyib, qeyri-müəyyən müddətə təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey RyabkovVladimir Putin və Donald Tramp arasında görüş barədə qərarın nə vaxt veriləcəyinişərh edərkən deyib.
O, görüştarixininşərtlər müəyyən edildikdən sonra təyin olunacağını bildirib.
Nazir müavini həmçinin qeyd edib ki, Trampın Ukraynadakı sülh təşəbbüsləri ilə bağlı ritorikası hazırda bir qədər fərqlidir.
"Bu, Avropa İttifaqının təzyiqi ilə formalaşır", - nazir müavini əlavə edib.