Parisdə Hollokost müzeyi yaxınlığında “Ədalətli Divar”ın təhqirində ittiham olunan bolqar vətəndaşlarının məhkəməsi başlayıb...
Poliqon xəbər verir ki, Parisdə üç bolqar vətəndaşının işi üzrə məhkəmə prosesi başlanıb. Onlar Holokost Muzeyinin yaxınlığında yerləşən “Ədalətli Divar”ın üzərinə 35 qırmızı əl izi vurmaqda ittiham olunurlar. İstintaqın versiyasına görə, bu hadisə Rusiyanın Fransiyada ictimai rəyin manipulyasiyası və cəmiyyətin parçalanması məqsədi daşıyan genişmiqyaslı dezinformasiya və təxribat kampaniyasının bir hissəsi ola bilər.
Politico-nun məlumatına görə, bu, Fransada ilk belə təxribat deyil. Son illərdə oxşar hadisələr baş verib: binaların üzərinə Davud ulduzlarının çəkilməsi, məscidlərin qarşısına donuz başlarının atılması, Eyfel qülləsi yaxınlığında tabutların qoyulması və s. Bu cür aksiyaların məqsədi müsəlman və yəhudi icmaları arasında gərginlik yaratmaq, həmçinin 2027-ci il prezident seçkiləri ərəfəsində Ukraynaya dəstəyi zəiflətməkdir.
Parisdə yerləşən GEODE Geosiyasi Araşdırmalar Mərkəzinin direktor müavini, professor Kevin Limonye bildirib ki, “Rusiya Fransanı ciddi rəqib kimi görür, çünki bu ölkə Aİ-də yeganə nüvə dövləti hesab olunur. Prezident Emmanuel Makron Ukraynanı fəal şəkildə dəstəkləyir və hətta fransız hərbçilərinin Odessaya göndərilməsi ehtimalını da nəzərdən keçirib”.
Fransanın “Renaissance” partiyasının deputatı Natali Puziref isə qeyd edib ki, “biz Avropanın şərq cinahından uzaqdayıq və postsovet ölkələrindəki kimi qabaqlayıcı təhlükəsizlik mexanizmlərinə malik deyilik. Bu səbəbdən əhali bu cür təxribatlara və manipulyativ ritorikaya daha həssasdır”.
Politoloqların fikrincə, Moskva Avropanın daxili sabitliyinə zərbə vurmaq və ictimai fikri çaşdırmaq üçün hibrid metodlardan – dezinformasiya, sosial şəbəkə kampaniyaları və simvolik təxribatlardan – aktiv istifadə edir.
Poliqon.info