Sea Breeze
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) idarə heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə ərazi reklam idarələrinin cari ilin 3-cü rübünə dair hesabat iclası keçirilib.Toplantıda Agentliyin Aparatının struktur bölmələrinin rəhbərləri və ərazi reklam idarələrinin rəisləri iştirak ediblər.İclasda 2025-ci ilin iyul–sentyabr ayları üzrə görülən işlər, açıq məkanda reklam daşıyıcılarının qeydiyyatı və idarə olunması, qanunvericiliyin tələblərinə cavab verməyən reklam konstruksiyalarının aradan qaldırılması, habelə reklam mühitinin estetik keyfiyyətinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.Fərhad Adıgözəlov çıxışında vurğulayıb ki, ADRA-nın əsas məqsədlərindən biri də açıq məkandakı reklam fəaliyyətində beynəlxalq standartlara uyğun idarəetməni təmin etmək, mühitin estetik görünüşünü və vizual nizamını qorumaqdır. O, həmçinin regional idarələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli sahibkarlarla əməkdaşlığın gücləndirilməsi və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində yeni tapşırıqlar verib. İclasın sonunda qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib və regionlar üzrə fəaliyyətin effektivliyinin artırılması məqsədilə konkret tədbirlər planı təsdiqlənib.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX