AZ

Tikinti materiallarının istehsalında azalma qeydə alınıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1 milyard 43.6 milyon manat məbləğində tikinti materialları istehsal olunub.

Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti materiallarının istehsalı 6.3 faiz azalıb.

Hesabat dövründə sementin istehsalı 1.8 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının istehsalı 6.8 faiz, betonun istehsalı 7.8 faiz, əhəngin istehsalı isə 28.4 faiz azalma qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
oxu.az

1Mənbələr