Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Şəmkirdə azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Seyfəli kənd sakini 2017-ci il təvəllüdlü Aynur Həsənovanın üzərinə yaşadığı evdə qaynar su tökülüb.
Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır.
***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 19:00 radələrində yanıq xəsarətləri alan 2017-ci il təvəllüdlü azyaşlı qız Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Ona qasıq üstü nahiyəsinin və aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Pasiyentin yaxınları iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edən pasiyentə zəruri tibbi xidmət göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.