AZ

“Meduza”nın təsisçisi beynəlxalq axtarışa verildi – Rusiyada

Rusiya İstintaq Komitəsi “Meduza” nəşrinin təsisçisi Qalina Timçenkonun qiyabi həbs edildiyini açıqlayıb.

NOCOMMENT.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, Rusiya təsisçini beynəlxalq axtarışa verib.

Media meneceri Rusiyada arzuolunmaz hesab edilən xarici təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunur. Bu ittihamla onu 6 ilə qədər həbs gözləyir.

63 yaşlı Qalina Timçenko hazırda xaricdə yaşayır.

Timçenko 2014-cü ildə senzuraya görə baş redaktoru olduğu “Lenta.ru” nəşrindən getdikdən sonra “Meduza”nı təsis edib. Jurnalistin komandasının çoxu onunla birlikdə gedib.

Rusiya hakimiyyəti 2021-ci ildə “Meduza”nı xarici agent, 2023-cü ildə isə arzuolunmaz təşkilat elan edib. Nəşrin bir neçə jurnalisti arzuolunmaz təşkilatlarla əməkdaşlıqda günahlandırılıb.

Xatirə SADİQ

Seçilən
35
nocomment.az

1Mənbələr