AZ

Güzəştli kredit məbləğinin təxminən 47 faizi sənaye məhsullarının istehsalına yönəldilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən ayrılan güzəştli kredit məbləğinin 46,6 faizi sənaye məhsullarının istehsalına yönəldilib.

Fondun məlumatına görə, hesabat dövründə kredit məbləğinin 43,2 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalının, 7,3 faizi xidmət, 2,9 faizi isə digər sahələrin payına düşüb.

Qeyd edək ki, hesabat dövründə sahibkarların 4590 layihəsinin maliyyələşdirilməsinə 249,1 milyon manat güzəştli kredit ayrılıb.

Seçilən
35
vergiler.az

1Mənbələr