Burada söhbət infrastuktur obyektini, məsələn qoruyucu sədd və ya svetoforu zədələməkdən söhbət getmir.
Avtosfer.az xəbər verir ki, Litva hökuməti Belarusdan gələn yük avtomobillərin çənindəki dizel yanacağına məhdudiyyət təbiq etmək istəyir. Maliyyə Nazirliyi hər maşının sərhədi maksimum 200 litr yanacaqla keçməsini təklif edir.

Nazirlik bildirir ki, bəzi yük avtomobili və avtobusların çəni 1 tonadək yanacaq tutur. Litva kiçik ölkə olduğundan bu yanacağın ən pis halda yarısı sərf olunur. Sürücülər Belarusdan gətirdikləri yanacağı ucuz qiymətə yerli sürücülərə satırlar.

Rəsmi məlumata görə, vergidən yayınmaqla yanacaq gətirən sürücülər hər il Litvaya 20 milyon avrodan (təxminən 40 milyon AZN) çox ziyan vurur.
Vüqar Yaşaroğlu