AZ

Rusiya ilə Türkiyə arasında turist bərəsi 14 illik fasilədən sonra fəaliyyətini bərpa edib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

14 illik fasilədən sonra Rusiya ilə Türkiyə arasında turist bərəsi fəaliyyətə başlayır.

APA-nın Rusiya bürosu xəbər ki, Soçi-Trabzon dəniz bərə marşrutu uzun fasilədən sonra xidmətini bərpa edir. 14 illik fasilədən sonra kurort bərəsinin turistləri daşıyan ilk səfəri 5 noyabr tarixinə planlaşdırılır. Səyahət müddəti təxminən 12 saatdır və səfərlər həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. Bərə 450 sərnişinə qədər yer tuta bilər, biletlərin qiyməti isə 6000 rubldan başlayır.

Qeyd edək ki, Soçidən Trabzona gedən bərə xətti 1993-cü ildən 2011-ci ilə qədər fəaliyyət göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
3
apa.az

6Mənbələr