Məzahir Pənahov yola salınır - 
                    
                        Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. Bu barədə Mətbuat.az-a MSK-dakı mənbə məlumat verib. Onun sözlərinə görə, MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq.   Məlumatlı şəxs bildirib ki, MSK-nin yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə, oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Mənbə çemodan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb. Siyasi kluarlarda MSK-nin yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.Zaur Əliyev / Metbuat.az
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
