AZ

Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya qüvvələri Ukraynanın Pokrovsk aqlomerasiyasını mühasirəyə almaq cəhdlərini davam etdirir. Hazırda bu məqsədlə təxminən 11 min əsgər toplanıb.Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava-Desant Hücum Korpusunun 7-ci Sürətli Reaksiya Korpusu məlumat yayıb.Bildirilib ki, şəhərə daxil olan rus bölmələri Pokrovskun şimal-qərbinə və şimalına doğru irəliləməyi hədəfləyir.Məlumata görə, Rusiya ümumilikdə 7-ci Hava-Desant Hücum Korpusunun məsuliyyət zonasında təxminən 27 min əsgər, 100 tank, 260-a qədər zirehli döyüş maşını və 160-a qədər top və minaatan cəmləşdirib.Ukrayna hərbi qüvvələri Pokrovskda müdafiə əməliyyatını davam etdirdiklərini və işğalçı qüvvələri məhv etdiklərini bildirirlər.Qeyd edək ki, Hava-Desant Qüvvələrinin 7-ci Hücum Alayının yayımladığı xəritə rusların Pokrovsk aqlomerasiyasını mühasirəyə alma ehtimalını əks etdirir.E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
reyting.az

2Mənbələr