AZ

Rusiya və Ukraynaya açıq mesaj: Heç kimi məcbur etmirik

BAKI, 29 oktyabr. TELEQRAF

“ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış edir. Amma o, Rusiya və Ukraynanı müharibəyə son qoymağa və sülh yolunu seçməyə məcbur edə bilməz”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “New York Post” qəzetinə müsahibəsində deyib.

“İnanırıq ki, döyüşləri dayandırmaq üçün həm Rusiya, həm də Ukraynanın maraqlarına uyğun bir nöqtəyə çatmışıq. Amma başa düşün, prezident yalnız qapını aça bilər, heç bir tərəfi daha irəli getməyə məcbur edə bilməz”, - Vens qeyd edib.

Vitse-prezident vurğulayıb, müharibədə daha fəal iştirak ABŞ-nin maraqlarına uyğun deyil:

“Bizim maraqlarımıza uyğun olan Amerikanın münaqişəyə son qoymasıdır. Buna görə də onun (Trampın) Rusiya neft şirkətlərinə tətbiq etdiyi sanksiyalardan tutmuş, Zelenski ilə apardığı söhbətlərə qədər etdiyi hər şey mahiyyətcə yükün böyük hissəsini avropalıların üzərinə qoymağa yönəlib”.

Seçilən
36
teleqraf.com

1Mənbələr