AZ

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına həsr olunan brifinq keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün yerli media nümayəndələri üçün noyabrda Bakıdakeçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı(WTDC-25) ilə bağlı brifinq keçirilib.

Trend xəbərverir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviriRəşad Bayramov, Beynəlxalq tədbirlərin təşkili üzrə rəhbər OrxanƏfəndiyev, Azərkosmosun Kosmik Akademiyasının rəhbəri İmranMuxtarov tədbirin məqsəd və faydaları, qeydiyyatdan keçmişqonaqların, həmçinin KİV təmsilçilərinin tədbirdə iştirakı barədəməlumat veriblər.

Qeyd olunub ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı bu il 17-28noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. MDBregionunda ilk dəfə təşkil olunan bu tədbir Azərbaycanın rəqəmsaltransformasiya və texnoloji innovasiyalar sahəsində artan qlobalrolunu nümayiş etdirəcək.

BTİ hər dörd ildən bir Ümumdünya Telekommunikasiyanın İnkişafıKonfransını təşkil edir. Tədbirin məqsədi ölkələr arasında rəqəmsaluçurumu aradan qaldırmaq, innovasiyaları təşviq etmək və inklüziv,dayanıqlı rəqəmsal gələcək üçün tərəfdaşlıq mühitinigücləndirməkdir. Builki konfransda 150-dən çox ölkədən 2000-ə qədərnümayəndə iştirak edəcək.

“WTDC-25” çərçivəsində kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar,süni intellekt, “əşyaların interneti”, rəqəmsal sağlamlıq, kvanttexnologiyaları və ətraf mühitin mühafizəsi kimi qlobal trendlərüzrə müzakirələr aparılacaq. Tədbir, həmçinin yeni nəsil İKTsiyasətlərinin formalaşdırılması və tərəfdaşlığın dərinləşdirilməsiüçün mühüm platforma rolunu oynayacaq.

Azərbaycan son illərdə rəqəmsal transformasiya, startapekosisteminin genişlənməsi və elektron hökumətin inkişafı sahəsindəəhəmiyyətli uğurlar əldə edib. Rəqəmsal hökumətə keçid,genişzolaqlı şəbəkələrin qurulması və rəqəmsal savadlılığınartırılması istiqamətində görülən işlər ölkəmizi BMT-nin ElektronHökumətin İnkişafı İndeksində “Çox Yüksək EGDI” kateqoriyasınadaxil edib. Bu tədbir Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatdarolunu daha da möhkəmləndirəcək.

“WTDC-25” çərçivəsində 16 noyabr tarixində Qlobal GənclərSammiti keçiriləcək. Sammit dünya üzrə gənc liderləri,mühəndisləri, sahibkarları və tələbələri bir araya gətirərəkonların texnoloji biliklərini artırmaq, yeni əməkdaşlıqlar qurmaqvə gələcəyin peşələri barədə müzakirə aparmaq üçün platformayaradacaq. Azərbaycanlı gənclərin bu sammitdə iştirakı onlarınbeynəlxalq təcrübə qazanmasına, texnoloji ideyaların ölkə daxilindətətbiqinə və yeni təşəbbüslərin formalaşmasına şəraityaradacaq.

Media qeydiyyatı və akkreditasiya

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı və QlobalGənclər Sammiti tədbirlərini işıqlandırmaq istəyən medianümayəndələri üçün ayrıca qeydiyyat prosesi nəzərdə tutulub.

Tədbirdə iştirak etmək üçün hər bir media nümayəndəsi aşağıdakı üçsənədi doldurmalıdır:
1. Ümumi qeydiyyat forması;
2. “WTDC-25” üzrə media akkreditasiyası forması;
3. “GYC-25” üzrə media akkreditasiyası forması.

Formalara keçid üçün təqdim olunan QR kodu skan etməkkifayətdir.

Bütün sənədlər tam şəkildə doldurulduqdan sonra “WTDC-25”Kommunikasiya koordinatoru Jalə Ələkbərliyə təqdim edilməlidir:[email protected]

Akkreditasiya məlumatları əsasında media nümayəndələrinə tədbirboyunca giriş nişanı təqdim olunacaq.

Ətraflı məlumat üçün: www.wtdc2025.az

Ümumdünya
Ümumdünya
Ümumdünya
Seçilən
6
3
az.trend.az

4Mənbələr