AZ

Aryen Robben: “Lennart Karl tərifə layiqdir, amma…”

“Bayern”in niderlandlı keçmiş hücumçusu Aryen Robben münhenlilərin 17 yaşlı alman vingeri Lennart Karla məsləhət verib.

Arena.az Robbenin müvafiq fikrini təqdim edir:

“Lennart Karl tərifə layiqdir. O, möhtəşəmdir. Amma ona, bundan faydalanmaq gərəkdir. Özü üzərində hər gün işləməsi və belə deməməsi gərəkdir: “Elə, indicə yaxşı bir oyun keçirdim, hər şey əntiqədir”, deyə Aryen Robben vurğulayıb.

Xatırladaq ki, Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu bu ildən əsas komandaya cəlb edilir. O, cari mövsümdə Münhen klubunun əsas komandasının heyətində 11 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15 və U-16 yığmalarında forma geyinib, ötən ildən isə U-17-yə cəlb edilir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
13
arena.az

1Mənbələr