AZ

Tramp Ukrayna və Rusiyanı müharibəni bitirməyə məcbur edə bilməz – ABŞ vitse-prezidenti – VİDEO

Tramp nə Ukraynanı, nə də Rusiyanı müharibəni bitirməyə məcbur edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

O deyib ki, Donald Trampın Ukrayna və Rusiyanı müharibəni dayandırmağa məcbur etmək imkanı yoxdur.

Vensin sözlərinə görə, hazırda döyüşlərin dayandırılması həm Rusiya, həm də Ukraynanın maraqlarına cavab verir.

“Prezident yalnız qapını aça bilər, amma tərəflərdən heç birini oradan keçməyə məcbur edə bilməz”, – vitse-prezident qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
9
interpress.az

1Mənbələr