AZ

Yeni QAYDA: Aşağı bal toplayanlar ödənişli təhsilə də QƏBUL OLUNMAYACAQ

Aşağı bal toplayanlar ödənişli təhsilə də qəbul olunmayacaq.

İnterpress.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Təhsil Nazirliyi abituriyentlərin orta ballarının 50-dən aşağı olduğu halda ödənişli təhsil proqramlarına da qəbul edilməyəcəyini planlaşdırır.

Yeni qaydalara əsasən, əgər ixtisas üzrə orta bal 50-dən aşağıdırsa, tələbə hətta ödənişli təhsil üçün də qəbul olunmayacaq.

Bu qərarın məqsədi ixtisas yerlərini defisitli sahələrə yönəltmək və ödənişli yerlərin sayını azaltmaqdır.

Məlumatda qeyd olunur ki, yeni qaydalar 2026-2027-ci tədris ilindən qüvvəyə minə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr