AZ

Şəhər həyatı və stres: Niyə insanlar daim gərgindir? Psixoloq səbəbləri AÇIQLADI

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hər gün işə tələsən, yolda tıxaclarla üzləşən və gündəlik öhdəlikləri ilə mübarizə aparan insanlar üçün stres artıq adi haldır. Uzunmüddətli gərginlik isə həm fiziki, həm də emosional sağlamlığa ciddi mənfi təsir göstərə bilər.

Məsələ ilə bağlı Ölkə.az-a danışan Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova bildirib ki, müasir dövrdə şəhər mühitində yaşayan insanların əksəriyyətində stres və gərginlik çox olur:

"Bunun səbəbi isə daha çox yolda olan tıxaclar, insanların daim qaça-qaçda olması, harasa tələsmələri və s. Ümumiyyətlə, insanlar son zamanlar çox gərgin və narahatdırlar. Bunun səbəbi isə həm maddi sıxıntılar, həm bir-birini anlamama problemi, həm tələskənlikdir. Əlbəttə ki, şəhər mühiti ilə region mühiti arasındakı fərq də var.

Regionlarda insanların maddi sıxıntıları daha çox olsa da, ümumi gərginlikləri yoxdur. Hava təmizdir, insanlar bir-biri ilə mehribandır və s. Amma şəhərdə bunu etmək bir az çətindir. Anlayış cəhətdən bir-birini anlama çətinliyi var, çünki müxtəlif yerlərdən gələn insanlar şəhərdə birləşir. Ümumiyyətlə, bunun qarşısını almaq üçün özlərinə vaxt ayırmalıdırlar. Onları stresə salan səbəbləri, nəyi, necə çatdırmağı öncədən bilməlidirlər və düzgün planlama şəklində zamanı idarə edə bilərlərsə, streslərinin qarşısını ala bilərlər".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
olke.az

2Mənbələr