“Çelsi”nin müdafiəçisi Malo Qusto karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Yuventus” yaxından maraqlanır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Fransalı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 35 milyon avro civarındadır.
Qusto cari mövsümdə “Çelsi”nin heyətində 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Qrinvud ölkəsinə qayıda bilər
Mərc qalmaqalı: 152 hakim PFDK-ya göndərildi
“Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
Türkiyə klubuna transfer qadağası
İspaniya klubunun 15 yaşlı futbolçusu vəfat edib