ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moldova prezidenti Maya Sandu iddia edib ki, Moskvanın növbəti hədəfi gələn il seçkilərin keçiriləcəyi Ermənistan ola bilər, Rusiya Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışacaq. Bəs bu, nə dərəcədə realdır?Mövzu ilə bağlı Demokrat.az-a danışan millət vəkili Azər Allahverənov deyib ki, Rusiya müxtəlif istiqamətdə xarici siyasət kursunu öz maraqları çərçivəsində həyata keçirməkdə israrlıdır: “Əgər Rusiya bir cinahda mövqelərini itirirsə, digər cinahda mövqelərini gücləndirməkdə maraqlı ola bilər. Məsələn, Yaxın Şərqdə - Suriyada Rusiyanın mövqeyinin zəiflədiyini görürük, Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışdığını görə bilərik. Rusiyanın Ermənistanda olan müəyyən siyasi dairələrlə əlaqəsinin olması istisna deyil. Erməni mətbuatında bu fakt xüsusən qabarıq formada qeyd olunur. Xüsusən erməni siyasətçiləri Rusiyanın Ermənistanla bağlı planının olduğunu bildirirlər.
“Əgər Rusiya bir cinahda mövqelərini itirirsə, digər cinahda mövqelərini gücləndirməkdə maraqlı ola bilər. Məsələn, Yaxın Şərqdə - Suriyada Rusiyanın mövqeyinin zəiflədiyini görürük, Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışdığını görə bilərik. Rusiyanın Ermənistanda olan müəyyən siyasi dairələrlə əlaqəsinin olması istisna deyil. Erməni mətbuatında bu fakt xüsusən qabarıq formada qeyd olunur. Xüsusən erməni siyasətçiləri Rusiyanın Ermənistanla bağlı planının olduğunu bildirirlər. 
Cənubi Qafqaz Rusiya üçün strateji cəhətdən önəmlidir. Ermənistan uzun illər Rusiyanın forpostu olub, bu gün o forpostun dayaqları sarsılmaqdadır. Xüsusən 2018-ci ildən sonra Paşinyanın hakimiyyəti dövründən Qərbin dəstəyi ilə Ermənistan Rusiyanın orbitindən çıxmağa çalışır. Ciddi qərarlar qəbul ediblər ki, Rusiyanın Ermənistan üzərində təsirləri minimuma endirilsin. Amma reallıq budur ki, iki ölkə arasında gərginlik davam etməkdədir və ola bilsin daha da dərinləşsin. Gələn il seçkilər öncəsi ola bilsin bu istiqamətdə fəallığın artdığını görəcəyik”.Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
