AZ

Nobelli yazarın ABŞ yə girişinə qadağa qoyuldu

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ hökuməti ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Soyinkanın vizasını ləğv edib.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Post" qəzeti 91 yaşlı yazıçının özünə istinadən məlumat yayıb.

Nigeriyalı yazıçı mətbuat konfransında qərardan təəccübləndiyini və vizasının ləğvinə səbəb ola biləcək hər hansı bir səbəbdən xəbərsiz olduğunu vurğulayıb. O, Donald Tramp administrasiyasının hərəkətlərini "cadugər" ovu adlandırıb.

Yazar ABŞ konsulluğundan vizasının ləğvi ilə bağlı rəsmi bildiriş aldığını təsdiqləyib və qeyd edib ki, artıq ölkəyə daxil ola bilmir.

Yazıçı əlavə edib ki, vizasının ləğvi üçün əsas ola biləcək heç bir cinayət törətməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
axsam.az

1Mənbələr