AZ

Türkiyədən Azərbaycana aviayanacaq idxalı 44% azalıb

BAKI, 29 oktyabr. TELEQRAF

2025-ci yanvar-avqust aylarında Türkiyədən Azərbaycana 9 569,60 ton aviayanacaq ixrac edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, hesabat dövründə Azərbaycana ixrac ölkənin neft məhsulları üzrə ümumi ixracında 0,09% paya malik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən Azərbaycana aviayanacaq ixracı 44,45% azalıb.

Təkcə avqustda Türkiyədən ölkədən Azərbaycana 542,74 ton həcmində aviayanacaq ixrac edilib. İxracda pay 0,04% təşkil edib, ötən illə müqayisədə isə 67,05%-lik azalma olub.

Seçilən
26
teleqraf.com

1Mənbələr