AZ

Litva Belarusla sərhədi bağlayır

Ajans.az xəbər verir ki,bu barədə Delfi xəbər verib. Qərarın səbəbi kimi ölkəyə qaçaqmal hava şarlarının daxil olması göstərilib. Rəsmi məlumatlara görə, son iki sərhəd keçid məntəqəsi – Medininkay və Şalçinkay bağlanacaq. Şalçinkay məntəqəsi fəaliyyətini tamamilə dayandıracaq, lakin müəyyən kateqoriyalı şəxslər Medininkay keçidindən istifadə edə biləcəklər. Hökumət qərarına əsasən, diplomatlar və diplomatik poçt daşıyan şəxslər, eləcə də Kalininqrada tranzitlə gedən və ya oradan keçən şəxslər üçün istisnalar nəzərdə tutulub. Bundan əlavə, Aİ üzv dövlətlərinin vətəndaşları, humanitar viza sahibləri və Litvada müvəqqəti yaşayış icazəsi olan şəxslər də ölkəyə geri qayıda biləcəklər. Yeni sərhəd məhdudiyyətləri 30 noyabr gecə yarısına qədər qüvvədə olacaq.

 

Seçilən
39
Ajans.az

1Mənbələr