AZ

Lisey və gimnaziyalara qəbulda hansı yeniliklər var? - AÇIQLANDI

“Azərbaycanda həm valideynlər, həm də övladları lisey və gimnaziyalara maraq göstərir. Bu mövzu artıq ötən ildən gündəlikdədir. Qəbul ancaq 7-ci sinifdən aparılacaq. Dəyişikliyə əsas səbəb bundan ibarətdir ki, ən böyük hədəfimiz vahid yanaşmanın tətbiq edilməsidir”.

Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.

“Eyni zamanda təmayül istiqamətlərdən asılı olmayaraq düşünürük ki, şagirdlərin müəyyən baza bilik və bacarıqları öncə formalaşmalı, ondan sonra gəlib lisey və gimzaiyalarda təhsillərini davam etdirməlidirlər. “Şagirdlər hansı istiqamətləri seçsələr, daha müvəffəq ola bilərlər?” bu sualın cavabını müəyyən etmək üçün zaman lazımdır”, deyə o əlavə edib.

ARTİ rəsmisi lisey və gimzaiyalara qəbul zamanı gözlənilən yeniliklərdən də danışıb:

“Lisey və gimnaziyalara qəbulda sual formatı və imtahan modelində hər hansı yeniliklər gözlənilmir. Gələcəkdə müəyyən təmayül istiqamətləri üçün əlavə fənlər üzrə imtahanların olması müzakirə olunmur. Amma sonrakı dövrdə hansı proseslərin olacağı barədə danışmaq üçün hələ tezdir.

Suallar təkmilləşdiriləcək, bu birmənalıdır. Eyni zamanda hazırda hazırlıq işləri görülür. Hədəflərimizdən biri də infrastruktur imkan verərsə və şagirdlərin sayından asılı olaraq lisey və gimznaziyalara qəbul imtahanını artıq kağız daşıyıcılarda deyil, kompüter üzərində etməkdir. Əgər çatdıra bilsək, ola bilsin, növbəti ildə rayon və şəhərlərdən asılı olmayaraq lisey və gimnaziyalara qəbulu kompüter əsaslı olaraq həyata keçirək”.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.

Billurə Yunus

Seçilən
29
2
olke.az

3Mənbələr