AZ

Kreml Ermənistanda hakimiyyəti dəyişir? Deputat detalları AÇIQLADI

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Rusiya Ermənistanda Sarkisyan-Koçaryan qruplaşmasından, yaxud Kilsədən istifadə edərək hakimiyyəti devirməyə cəhd göstərə bilər”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. O bildirib ki, gələn il Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın nə dərəcə aktiv rol oynayacağı, nə qədər müdaxilə edə biləcəyi maraqlıdır:“Rusiyanın Ermənistanla bağlı siyasəti ona əsaslanıb ki, Ermənistan yarandığı gündən Cənubi Qafqazda Rusiyanın forpostu olub, region ölkələrinə - Azərbaycan və Türkiyəyə qarşı manipulyasiya aləti olub. Hesab etmirəm ki, Rusiya Ermənistanda hakimiyyəti açıq-aşkar müdaxilə edərək, hərbi təcavüz edərək ələ keçirmək iqtidarındadır. Rusiyanın bütün gücü Ukraynaya və NATO ilə qarşıdurmaya yönəldilib. Rusiya Ermənistanda hakimiyyəti ələ keçirmək üçün daha çox digər metodlardan - daxildə iğtişaşlar yaratmaq, siyasi və iqtisadçı "rıçaq"lardan istifadə edə bilər. Gümrüdə son baş verənlər göstərdi ki, Rusiya iğtişaşlar vasitəsilə Ermənistanda vəziyyəti gərginləşdirə bilər.Erməni kilsəsinin təklikdə elə bir gücü yoxdur ki, hansısa bir iğtişaş yaratsın. Amma Rusiyadan alınan dəstəklə nəyəsə nail olmağa ümid bəsləyirlər. Rusiya bunlardan istifadə edərək Ermənistanda hakimiyyətə təsir göstərə bilər”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
demokrat.az

1Mənbələr